BolgeXeber.Com » Bölgə » Tərtərdə qazilərin müraciətləri dinlənilib

Tərtərdə qazilərin müraciətləri dinlənilib

16-07-2022, 12:53
Oxunub: 1 328 Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə süfrə arxasında əlilliyi təsdiq olunmuş qaziləri qəbul edib, onların müraciətlərini dinləyiblər. Qazilər əlilliyin təyin olunmasında suni surətdə yaradılan maneələr, minik avtomobili, yaşayış evi və həyətyanı sahə ilə, ailə üzvlərinin işlə təmin olunması, icarələrinə torpaq verilməsi, qaçış aparatı ilə təminat, qazilərə tibbi xidmət göstərmək üçün xəstəxana tərəfindən ayrıca ambulansın ayrılması və s. məsələrlə bağlı müraciət ediblər. Edilən müraciətlər diqqətlə dinlənilib, bəzi məsələlər yerində həll edilib, rayon icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunmayan məsələrlə bağlı müvafiq dövlət qurumlarına müraciət edilib. 
Vətən müharibəsi Qəhrəmanı Azər Abdullayev, qazilərdən Amid Paşayev, İntiqam Sarıyev və başqaları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev və “Yaşat” fondu tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını, onların müalicəsinə, mənzil şəraitlərinin yaxşılaşdırılmasına göstərilən dəstəyi, bayram günlərində ailələrə ərzaq sovqatlarının göndərilməsini dilə gətirib, bu nümunənin hər kəsə örnək olduğunu, görüşdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.