BolgeXeber.Com » Bölgə » Hacıqabulda “Tovuz döyüşləri-böyük zəfərin qığılcımı” adlı tədbir keçirilmişdir

Hacıqabulda “Tovuz döyüşləri-böyük zəfərin qığılcımı” adlı tədbir keçirilmişdir

8-07-2022, 10:35
Oxunub: 2 832 14.07.2022-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Tovuz döyüşləri-böyük zəfərin qığılcımı” adlı tədbir keçirilmişdir. Tədbirdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru və əməkdaşları, “Mədəni-irs” qəzetinin baş redaktoru, GİKM-nin direktoru və könüllüləri, MKS-nin 2 saylı kitabxana filialının əməkdaşları  iştirak etmişlər. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən İmanova açmış, Tovuz döyüşlərinin  və eləcədə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Aytən İmanova 2020-ci ilin iyul ayının 12-də düşmənin növbəti təxribatı nəticəsində başlamış, Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış Tovuz döyüşlərindən, onun əhəmiyyətindən, Tovuz Şəhidlərindən danışmışdır. Sonra çıxış edən “Mədəni-irs” qəzetinin baş redaktoru Məhəmməd İsayev Tovuz döyüşləri zamanı şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş, Tovuzda başlanan müharibənin Şuşada şanlı Qələbə ilə bitməsini qeyd etmişdir. 
Tədbirin sonunda Tovuz döyüşlərinə həsr olunmuş sənədli filmə tamaşa edilmişdir.
 
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru