BolgeXeber.Com » Xəbərlər » Şabranda ağır yol qəzası baş verib, ölən və yaralanan var

Şabranda ağır yol qəzası baş verib, ölən və yaralanan var

22-09-2022, 10:31
Oxunub: 600 Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobilləri toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, hadisə sentyabrın 21-i saat 23 radələrində qeydə alınıb.
Qəza nəticəsində “Nissan” markalı avtomobildə olan sərnişin - Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.