BolgeXeber.Com » Xəbərlər » Ağstafada kişi atasının silahı ilə özünü öldürdü

Ağstafada kişi atasının silahı ilə özünü öldürdü

6-08-2022, 16:11
Oxunub: 672 Ağstafada intihar hadisəsi baş verib. 
Hadisə rayonun Köçvəlili kəndində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Elsevər Şəmkiyev atasına məxsus ov tüfəngi ilə özünə atəş açaraq, canına qəsd edib.

Qeyd edək ki, E.Şəmkiyev yol istismar idarəsində fəhlə kimi çalışıb. 

Faktla bağlı araşdırmalar aparılır. 

İntiharın səbəbi hələlik məlum deyil.