İlan balığı "Qırmızı Kitab"dan çıxarıldı - Ovuna icazə verildi
6-08-2022, 16:06
Oxunub: 736
Balıq ovuna icazə müddətləri ilə bağlı dəyişikliklər olub.
Ekologiya və Təbii Sərbətlər Nazirliyindən verilən xəbərə görə, Nazirlər Kabineti tərəfindən "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda dəyişikliklər edilib. Kvota üzrə balıq ovu üçün tələb olunan sənədlərin siyahısı "Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğunlaşdırılıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov bildirib.
O qeyd edib ki, əvvəlki qaydalardan fərqli olaraq, yeni qaydalar üzrə balıq ovu üçün kvotaya ərizələrin qəbulu müddəti aprelin 1-dək uzadılıb. Bu da müraciətçilərin sayının artmasına və subyektlərin kvotadan daha səmərəli istifadəsinə səbəb olacaq.
"Digər dəyişikliklər isə balıq ovunun müddətləri ilə bağlıdır. Əvvəlki qaydalarda bütün meliorativ kollektorlarda balıq ovuna icazə il boyu ərzində verildiyi halda, yeni qaydalarda həmin kollektorlarda mayın 1-dən sentyabrın 1-dək balıq ovuna qadağa müddəti tətbiq olunub. Bu da kürütökmə dövründə kollektorlara miqrasiya edən balaların kürüləməsinə və nəticədə balıq ehtiyatlarının artmasına xidmət edəcək".
M.Axundovun sözlərinə görə, yeni qaydalara əsasən kilkə ovu üçün müxtəlif dərinlikli pelagik torlardan istifadəyə, eyni zamanda, ilan balığının adının "Qırmızı Kitab"dan çıxarılmasını nəzərə alaraq onun Kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib.
Çox Oxunanlar
- 25-07-2022, 13:53 : Yeni təyin edilən başçılar kimlərdir? - DOSYE
Gündəm
- 15-07-2022, 17:47 : Koronavirusa yeni yoluxanların sayı açıqlandı
Xəbərlər
- 13-07-2022, 18:39 : Azərbaycanda son sutkada daha 91 nəfər koronavirusa yoluxub
Gündəm
- 26-07-2022, 11:15 : Xocəsən qəsəbəsində biabırçı mənzərə –VİDEO
Gündəm
- 18-07-2022, 15:09 : Prezidentin Gömrükdə yüksək vəzifə verdiyi Şahin Bağırov KİMDİR? - DOSYE
Gündəm
- 6-08-2022, 14:54 : “Vəhşi kişilərdən xoşum gəlir” – Aparıcı Ülvira
Müsahibə-Reportaj
- 16-07-2022, 12:53 : Tərtərdə qazilərin müraciətləri dinlənilib
Bölgə
- 30-07-2022, 17:06 : Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb
Müsahibə-Reportaj
- 14-07-2022, 18:00 : İcra başçısının Qaraağacı kəndində səyyar qəbul görüşü keçirilib
Bölgə
- 11-07-2022, 19:12 : Şabranda 15 hektar meşəlik, 40 hektar biçilmiş əkin sahəsi - YANIB - FOTO
Bölgə