BolgeXeber.Com » Xəbərlər » Şirnikləndirici vədlərə aldanıb narkokuryerlik etdilər - VİDEO

Şirnikləndirici vədlərə aldanıb narkokuryerlik etdilər - VİDEO

6-08-2022, 14:51
Oxunub: 680 Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən  bildirilib ki, həmin şəxslərin əlindəki bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Onlar ifadələrində sosial şəbəkə vasitəsilə tanış olduqları xaricdə yaşayan narkotacirin şirnikləndirici vədləri müqabilində Bakıda narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Nərimanov RPİ-nin həyata keçirdiyi digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutulublar. Bu şəxslərdən və idarə etdikləri avtomobillərdən 10 kq-dan artıq heroin, 2 kq tiryək aşkar edilib. Adları qeyd edilən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.



Şirnikləndirici vədlərə aldanıb narkokuryerlik etdilər - VİDEO