BolgeXeber.Com » Gündəm » Azərbaycan Ordusunun həlak olan hərbçisi ilə bağlı yeni MƏLUMATLAR

Azərbaycan Ordusunun həlak olan hərbçisi ilə bağlı yeni MƏLUMATLAR

5-08-2022, 15:18
Oxunub: 968 Bu gün Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından həyatını itirən əsgər Pünhan Səyavuş oğlu Ağamirovla bağlı yeni məlumatlar üzə çıxıb.

Bolgexeber.com Modern.az-a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kənd sakinidir. İki bacının 1 qardaşı olan Pünhan ötən il hərbi xidmətə yola salınmışdı.
Onun ailəsi bir müddətdir ki, Siyəzəndə yaşayır. Yaxınlarının bildirdiyinə görə, əsgər Pünhan Ağamirov doğulub boya-başa çatdığı Xaçmazın Yergüc kəndində dəfn olunacaq, yas mərasimi də həmin kənddə keçiriləcək.